DÜNYA


“Jikka” – məhdud hərəkətli insanlar üçün yaşayış kompleksi

A+ A

Bakı, 29 avqust, AZƏRTAC 

Yaponiyanın Sidzuoka prefekturasında orijinal yaşayış kompleksi meydana gəlib.

AZƏRTAC “Novate.ru” saytına istinadla bildirir ki, yaponiyalı arxitektor İssei Sumanın layihəsi ilə tikilən, “Jikka” adlanan kompleks məhdud hərəkətli yaşlı adamlar üçün nəzərdə tutulub.

Bu, bir-birinə bağlanan 5 konusşəkilli strukturdan – bloklardan ibarətdir. Ümumi sahəsi 100 kvadratmetr olan evlərin divarı tağ formasındadır. Evlər çöldən ağac panellərlə örtülüb.

Hər blokun öz funksiyası var. Ən böyüyü mətbəx və qonaq otağı üçündür. Yaşayış kompleksində hətta spiralvarı hovuz da fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.