REGİONLAR


“John Deere” şirkəti Aqrar Universitetdə mühəndislər üçün təlimlərə başlayıb

Gəncə 3 avqust, Rauf Hacıyev, AZƏRTAC

“John Deere” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) mühəndislər üçün təlimlərə başlanılıb.

Aqrar Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi ölkəyə gətirilən “John Deere” pambıqyığan maşınlarının texniki göstəricilərinin və istifadə qaydalarının öyrənilməsi, bununla da növbəti pambıq yığımı mövsümündə müəllim və tələbələrin birbaşa iştirakının təmin edilməsi, tədris proqramlarında dəyişiklik edilərək yeni mövzuların əlavə olunmasıdır.

Təlimi aparmaq üçün dəvət olunmuş şirkətin ABŞ-dan olan mütəxəssisi Lary Yanq çıxış edərək bildirib ki, əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması üçün Aqrar Universitetdə lazımi şərait yaradılıb. Ona görə də “John Deere” şirkəti ilə əməkdaşlıq qısa müddət ərzində müsbət nəticə verəcək.

Xatırladaq ki, iyulun 27-də “John Deere” şirkətinin regional nümayəndəsi Maksimilian Pauci Aqrar Universitetdə səfərdə olub. Səfərin məqsədi şirkətin fəaliyyəti üçün ADAU-da xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılmasını, texnika üçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsi məsələlərini müzakirə etmək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.