CƏMİYYƏT


“Jurnalist” qəzetinin 50 yaşı qeyd edilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində “Jurnalist” qəzetinin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültənin müəllimləri, tələbə və məzunları iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli “Jurnalist” qəzetinin tarixindən, fəaliyyətindən, gənclərin jurnalist kimi formalaşmasındakı rolundan bəhs edib, bu mətbu orqanını tələbələrin yaradıcılıq auditoriyası kimi dəyərləndirib.

Sonra qəzetin müxtəlif illərdəki fəaliyyətini əks etdirən təqdimat olub.

Daha sonra vaxtilə “Jurnalist” qəzetinin istehsal prosesində yaxından iştirak edən, bu nəşrdə imzaları ilə tanınan, İctimai Televiziyanın (İTV) əməkdaşı Flora Xəlilzadə, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, professor Həmid Vəliyev, dosent Mahmud Mahmudov və başqaları nəşrlə bağlı xatirələrini bölüşüb, bu tələbə-tədris qəzetinin peşə vərdişlərinin aşılanmasındakı əhəmiyyətindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.