CƏMİYYƏT


Jurnalistika fakültəsi ilə Mətbuat Şurası arasında əməkdaşlıq genişlənir

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən, professor Cahangir Məmmədli fakültə ilə MŞ arasında əməkdaşlıq məsələlərindən, birgə layihələrin reallaşdırılması perspektivlərindən danışıb.

Ə.Amaşov müvafiq istiqamətdə ali təhsil müəssisələrinin iştirakı ilə qısametrajlı sənədli filmlər üzrə müsabiqələrin keçirilməsi, məktəblilər arasında yazı qaliblərinin müəyyənləşdirilməsi, jurnalistika fakültəsinin təsis etdiyi “Jurnalist” qəzetinin nəşri və yayımının genişləndirilməsi barədə fikirlərini bölüşüb.

MŞ-nin sədri BDU-nun jurnalistika fakültəsi ilə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.