CƏMİYYƏT


Jurnalistika ixtisası üzrə keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

TQDKA-dan AZƏRTAC-a bildiriblər ki, jurnalistika ixtisası üzrə qabiliyyət imtahanından məqbul alan abituriyentlər iyulun 30-da imtahan nəticələri ilə tanış ola bilərlər (http://eservices.tqdk.gov.az/exam/2016/jur/jur_300716.html).

İmtahanda iştirak etmək hüququ qazanmış 539 abituriyentdən 295-i imtahana gəlməyib. İmtahanda iştirak edən 244 abituriyentdən 154-ü məqbul qiymət alıb. Onlardan 146-sı Azərbaycan, 8-i isə rus bölməsinin abituriyentidir.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.

TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 2-də (saat 10:00-dan 17:00-dək) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 1-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Apellyasiya Komissiyası TQDK-nın A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.