ELM VƏ TƏHSİL


Jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək

Bakı, 26 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-dan AZƏRTAC-a bildirilib ki, bu mərhələdə 2016-cı il aprelin 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olunmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və üçüncü ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni iyulun 27-dən etibarən çap edib götürə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.