ELM VƏ TƏHSİL


Jurnalistlər Dövlət Pedaqoji Kollecində imtahanların gedişini izləyiblər

Bakı,22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecdə (ADPK) 2016-2017-ci tədris ilinin yaz sessiyası imtahanlarının gedişini müşahidə etmək məqsədilə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə kollecin direktoru Qulu Novruzov mediatur iştirakçıları ilə görüşüb.

Kollecdəki tədris prosesi haqqında məlumat verən Q.Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizm tətbiq edildiyini bildirib. Qeyd olunub ki, məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir. Dövlət Attestasiya və yaz semestri imtahan sessiyasının təşkili ilə bağlı kollecdə imtahan qərargahı yaradılıb. Sessiyanın gedişi və qiymətləndirmənin nəticələri ilə bağlı müraciət və şikayətlərə baxılması məqsədilə Apellyasiya Komissiyası təşkil olunub. Obyektivliyi təmin etmək üçün kodlaşma, yoxlama və emal otaqları hazırlanıb. İmtahanlar yazılı keçirilir və ayrılmış vaxt başa çatdıqdan sonra nəzarətçi müəllimlər cavab kartlarını imtahan vərəqi ilə birlikdə kodlaşma otağına təhvil verirlər. Kodlaşdırılmış cavablar yoxlama otağına verilir və xüsusi dəvət olunan müəllimlər tərəfindən qiymətləndirilir.

Sonra təhsil ekspertləri, KİV nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri imtahanların keçirildiyi auditoriyalara, cavabların kodlaşdırılması, yoxlanması və emalı otaqlarına baxış keçiriblər. Onlar imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsindən razı qalıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.