REGİONLAR


Jurnalistlər Qəbələdə “Savalan” şərabının istehsal prosesi ilə tanış olublar

Qəbələ, 1 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

“Gilan Holdinq” jurnalistlər üçün ölkəmizin əsas turizm şəhərlərindən biri olan Qəbələyə infotur təşkil edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində rayonun Savalan kəndindəki üzüm emalı və şərab istehsalı zavodu ilə tanış olan jurnalistlər orada “Savalan” brendi adı ilə istehsal olunan məhsulların keyfiyyəti, saxlanılma şəraiti və şərabların xarici bazara ixracı barədə məlumat əldə ediblər. Bildirilib ki, zavodun 343 hektar sahədə üzüm bağı mövcuddur ki, bunun 298 hektarı texniki növ, 45 hektarı isə süfrə növündən ibarət olan üzüm bağlarıdır. Şirkətin Qəbələ rayonundakı üzüm bağlarında 21 texniki və 14 süfrə üzüm sortları yetişdirilir. Hazırda zavodda “Savalan” brendi ilə 16 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir. Zavodun məhsulları bir neçə beynəlxalq şərab və dequstasiya sərgilərində qızıl medal qazanıb.

Daha sonra jurnalistlərin “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə, Stend və Ox Atıcılığı Kompleksinə səfərləri təşkil edilib.

İnfoturda iştirak edən 15-ə yaxın KİV əməkdaşına “Gilan Holdinq”in Qəbələ rayonundakı otel və istirahət mərkəzləri, istehsal müəssisələri barədə ətraflı məlumat verilib. Tur iştirakçıları Heydər Əliyev Fondunun təşkilatçılığı, “Gilan Holdinq”in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalının konsertlərinə tamaşa ediblər. Jurnalistlərə “Gilan Holdinq”in hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.