MƏDƏNİYYƏT


Jurnalistlər V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi ilə görüşəcəklər

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 18-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında V.Mayakovski adına Moskva Akademik Teatrı kollektivinin Bakıya qastroluna həsr olunan mətbuat konfransı keçiriləcək.

AZƏRTAC Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, görüşdə Rusiya Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin direktoru Anton Proxorov, V.Mayakovski Teatrının bədii rəhbəri Mindauqas Karbauskis, direktoru Leonid Oşarin, Rusiyanın Xalq artistləri Svetlana Nemolyayeva, Qalina Anisimova, Mixail Filippov, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev, teatrın baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski iştirak edəcəklər.

Xatırladaq ki, qastrol çərçivəsində V.Mayakovski Teatrının bədii rəhbəri Mindauqas Karbauskisin quruluşunda “Rus romanı” və Sergey Artsibaşevin quruluşunda “Evlənmə” tamaşalarının nümayişi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.