CƏMİYYƏT


Jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dekabrın 9-12-də Bakıda jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, hərbi gərginlik zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılmasına yardımçı olmaqdır.

Layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən 25 gənc jurnalistin “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktik bilikləri” artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.