İQTİSADİYYAT
Jurnalistlər üçün Qəbələ və Oğuza mediatur təşkil edilib
Bakı, 3 avqust, Samirə Quliyeva, AZƏRTAC
"Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" Şokolad Fabriki Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə bir qrup kütləvi informasiya vasitələri nümayəndələri üçün Qəbələ və Oğuza ikigünlük mediatur təşkil edib.
AZƏRTAC xəbər verir ki, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" Şokolad Fabriki haqqında mətbuat nümayəndələrinə geniş məlumat verib. Bildirilib ki, MMC hazırda Rusiya, Ukrayna, Belarus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, Portuqaliya, İtaliya, Vyetnam və sair kimi ölkələrlə, o cümlədən 20-dən artıq ölkənin 100-dən çox fabriki ilə əməkdaşlıq edir. Şirkətin qarşıya qoyduğu əsas məqsəd isə respublikamızda mövcud olan bütün satış nöqtələrində yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən müasir vasitələrdən istifadə etməkdir.
Sonra şirkətin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tur çərçivəsində media nümayəndələri Qəbələ Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi və Oğuz rayonunun Xal-xal istirahət mərkəzi ilə tanış olublar.