ELM VƏ TƏHSİL


Jurnalistlər üçün təlim: Uşaq müdafiəsi və media

Bakı, 15 may, AZƏRTAC

Mayın 26-da “SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” İctimai Birliyi (İB) uşaq müdafiəsi və media vasitəsilə bu mövzunun işıqlandırılması ilə bağlı jurnalistlər üçün birgünlük təlim keçirəcək.

AZƏRTAC xəbər verir ki, təlimi İB-nin mütəxəssisi Cavid İmamoğlu və layihə əlaqələndiricisi Sara Ağayeva keçəcəklər. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçiriləcək təlimə qatılan media nümayəndələri uşaq müdafiəsi sahəsində mövcud qaydalar, yanaşmalar, alternativ xidmətlər, jurnalistlərin bu xəbərlərin işıqlandırılmasında bilməli olduqları etik kodekslər barədə məlumatlandırılacaqlar.

Təlimdə iştirak edəcək hər bir iştirakçıya İB tərəfindən sertifikat təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.