REGİONLAR
Jurnalistlərin iştirakı ilə “Media etikası və media hüququ” mövzusunda regional seminar keçirilib
Mingəçevir, 20 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Media Mərkəzində “Media etikası və media hüququ” mövzusunda jurnalistlər üçün regional seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən seminarda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Oğuz və Göyçaydan olan jurnalistlər iştirak edib.
Tədbirdə təlimçi, media eksperti Ələsgər Məmmədli jurnalistlərin informasiya əldə etmək hüququ və ifadə azadlığı, məhdud informasiyalar, diffamasiya, özəl həyat sirləri, ifadə azadlığının qorunma standartları, sosial mediada defomativ ifadələrin məsuliyyəti, etik davranış standartları haqqında ətraflı məlumat verib.
Seminar iştirakçıları informasiya əldə etmək hüququ barədə geniş məlumat alıblar. Onlara ekstremal şəraitdə, qəza zamanı, fövqəladə hadisələrdə jurnalistlərin qarşılaşdığı hallar və çətin durumdan çıxış yolları izah olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]