İQTİSADİYYAT
“KATV1” şirkəti qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri mükafatlandıracaq
Bakı, 29 iyun, AZƏRTAC
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər “KATV1”dən dörd illik pulsuz internet əldə edəcəklər.
Bu barədə AZƏRTAC-a “KATV1” şirkətindən məlumat verilib.
Qeyd olunub ki, “KATV1” şirkəti cari ilin qəbul imtahanlarında 700 bal toplayan bütün abituriyentləri mükafatlandıracaq. 700 bal toplayan hər bir abituriyent hədiyyə olaraq təhsil aldığı 4 il ərzində “KATV1”in pulsuz yüksəksürətli interneti ilə təmin olunacaq, o cümlədən Wi-Fi ruter və HD-qəbuledici əldə edəcəklər.
Şirkət gəncləri təhsil almağa həvəsləndirmək məqsədilə sözügedən kampaniyanı hər il keçirəcəyini bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]