ELM VƏ TƏHSİL
KEÇMİŞ SSRİ RESPUBLİKALARININ MÜƏLLİMLƏRİ ROSTOVA GƏLMİŞLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Azərbaycan, Gürcüstan və Türkmənistandan olan rus dili və ədəbiyyatı, ibtidai sinif müəllimləri Rusiyanın Rostov şəhərinə gəlmişlər. Onlar burada ən yeni pedaqoji metodikalara dair biliklər alacaq, fənnin tədrisində həmkarlarının təcrübəsini, bu sahədə yenilikləri öyrənəcək, fikir mübadiləsi aparacaq və müxtəlif millətlərin uşaqları ilə ünsiyyətdə olacaqlar.
Rostov İxtisasartırma İnstitutu keçmiş sovet respublikalarından olan müəllimlər üçün bu məşğələləri 1995-ci ildən təşkil edir. İndiyədək min nəfərdən çox müəllim bu kurslarda öz ixtisasını təkmilləşdirmişdir.