DÜNYA


“KFC” Çində fikirləri oxuyan “ağıllı restoran” açacaq

Bakı, 28 dekabr, AZƏRTAC

Çində “KFC” restoranlar şəbəkəsi və veb-servislərin yerli “Baidu” provayderi yeni restoranın yaradılması üzərində işləyirlər.

AZƏRTAC “psm7.com” saytına istinadla xəbər verir ki, yeni “ağıllı restoran” Pekində istifadəyə veriləcək. Restoranın əsas özəlliyi ondan ibarətdir ki, müştəri restorana gələrkən sifariş verməyəcək. Belə ki, restoranda quraşdırılmış yeni sistem müştərinin üzünün ifadəsindən hansı yeməyi sifariş edəcəyini başa düşəcək. “KFC” kassalarında quraşdırılmış müasir skanerlər alıcının cinsi, yaşı və əhval-ruhiyyəsini duya biləcək.

Bundan başqa, restoran daimi müştərilərinin məlumat bazasını yaradacaq. Bu, alıcının dəqiq istəyini öyrənməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.