İQTİSADİYYAT
KİÇİK SAHİBKARLIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ SEMİNAR
Iqtisadi İnkişaf Nazirliyi və BMT İnkişaf Proqramının İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Kiçik sahibkarlığın inkişafı” mövzusunda təşkil etdiyi seminar öz işinə başlamışdır. Seminara İsrailin təcrübəli mütəxəssisləri dəvət edilmişlər.
Seminarın əsas məqsədi kiçik sahibkarlıq, xüsusilə qadınların sahibkarlıq fəaliyyəti haqqında nəzəri biliklərin və praktiki təcrübənin zənginləşdirilməsi, sahibkarların idarəçilik və marketinq qabiliyyətinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlıq sektorunda menejment, marketinq araşdırmaları, maliyyə təhlili, qiymətqoyma siyasəti, stimullaşdırma, sahibkarlığın infrastrukturunun inkişafı, reklam və ictimai əlaqələr sahələrində İsrailin təcrübəsinin öyrənilməsidir.
İyulun 5-nə qədər davam edəcək seminarda nazirliyin bu sahədə çalışan əməkdaşları, “Azərbaycanda kiçik və orta müəssisələrin inkişafına yardım” layihəsi çərçivəsində Bakı, Quba və Gəncə şəhərlərində yaradılmış sahibkarlığa kömək mərkəzlərinin məsləhətçiləri və sahibkarlar iştirak edirlər.
İqtisadi İnkişaf Nazirliyinin
Mətbuat xidməti