MƏDƏNİYYƏT
KİÇİK YAŞLI OXUCULAR ÜÇÜN MÜASİR ŞƏRAİT YARADILMIŞDIR
Kitabxananın direktoru Fizurə Qasımova müxbirimizə bildirmişdir ki, təkcə “Multmedia” zalında deyil, Mədəniyyət Nazirliyinin iyunun əvvəllərində 25 mindən artıq oxucusu olan kitabxanada başladığı əsaslı təmir və yenidənqurma işləri sona çatmışdır. Aparılan işlərin nənticəsində bu gün kitabxana öz uşaq oxucularına müasir səviyyədə xidmət göstərmək imkanı əldə etmişdir.
Bakıda 4 filialı olan bu kitabxanada kompüter sinfi də fəaliyyət göstərir. Uşaqlar iki həftəlik kurslarda müxtəlif proqramları mənimsəyir, İnternet vasitəsilə əlaqələr yaratmaq vərdişi qazanırlar. “Multmedia” zalında isə oxucular videomaqnitofon vasitəsilə müxtəlif nağılların kinolentinə baxa bilirlər.
Mədəniyyət naziri Polad Bülbüloğlu mərasimi açaraq, müasir texniki vasitələrlə təchiz olunmuş kitabxananın təmirdən sonra oxucuların ixtiyarına verilməsindən məmnun olduğunu söyləmiş, kitabxananın kollektivinə və uşaqlara öz işlərində uğurlar arzulamışdır.
Fizurə Qasımova rəhbərlik etdiyi kollektiv adından oxucular üçün kitabxanada yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirmişdir.
Kitabxanada fəaliyyət göstərən ədəbiyyat dərnəyinin üzvü, 6-cı sinif şagirdi Şəfəq Həsənzadə “Şirvan” nəşriyyatında nəfis şəkildə çap olunmuş “Anamın söylədikləri” adlı şer kitabını nazirə təqdim etmiş və öz şerlərindən parçalar söyləmişdir.