Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

KİVDF-nin “Azərişıq” ASC ilə birgə təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı, 19 oktyabr, Maqsud Dadaşov, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ASC-nin “Buzovna-2” yarımstansiyasında keçirilən tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, ASC-nin sədr müavinləri Ramil Yusifov və Vüqar Əhmədov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, habelə respublikamızın 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları yarımstansiyasının fəaliyyəti və burada yaradılan iş şəraiti ilə tanış olublar.

Tədbiri açan R.Yusifov son illər istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, müasir infrastrukturun yaradıldığını, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə uyğun olaraq ASC istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş aparır. Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC-nin yaradılması bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və miqyasını daha da artırıb.

R.Yusifov diqqətə çatdırıb ki, respublika üzrə 110 kilovoltluq 44 yarımstansiya tikilərək istifadəyə verilib. 2006-cı ildən etibarən Bakı şəhəri üzrə elektrik enerjisi yükləri 3048 meqavoltamperdən 6440-dək artırılıb, texniki itkilər 16,8 faizdən 8,2 faizə endirilib. O, həmçinin respublikamızın regionlarında həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

ASC-nin sədr müavini müsabiqənin ölkəmizin elektrik enerjisi təsərrüfatının müasirləşdirilməsi və əhalinin enerjiyə tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən V.Səfərli media nümayəndələrinin iştirakı ilə “Azərişıq" ASC-nin Buzovna qəsəbəsində yerləşən yarımstansiyasında keçirilən tədbiri jurnalistlərin bu müəssisənin fəaliyyəti, enerjinin yayımı prosesi, habelə buradakı müasir texniki qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib. O, bütün istiqamətlərdə dinamik inkişaf edən Azərbaycanda enerji təsərrüfatının təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində də ardıcıl islahatların həyata keçirildiyini, nəticədə ötən əsrin 90-cı illərində bu sektorda mövcud problemlərin tamamilə aradan qaldırıldığını diqqətə çatdırıb. Hər il oktyabrın 20-nin ölkəmizdə Energetiklər Günü kimi qeyd edildiyini xatırladan V.Səfərli ASC-nin kollektivini media nümayəndələri adından peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

V.Səfərli bildirib ki, KİVDF-nin əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Bu məqsədlə Fond müxtəlif dövlət qurumlarında görüşlər, habelə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir. O vurğulayıb ki, “Azərişıq” ASC ilə birgə keçirilmiş bu müsabiqənin məqsədi Azərbaycanda enerji təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında jurnalist əməyini stimullaşdırmaq, media nümayəndələrinin peşəkarlıq səviyyəsini yüksəltmək və onların sosial vəziyyətlərini yaxşılaşdırmaqdır. Sentyabrın 21-dən oktyabrın 14-dək davam edən müsabiqəyə 25 KİV-dən 35 yazı təqdim edilib. Yazıların üç ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən KİVDF-nin icraçı direktoru deyib: “Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 jurnalistə əsas, 10 nəfərə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, balların oxşarlığı, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, “Azərişıq” ASC-nin sədri Balababa Rzayevlə əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı 19-a çatdırılıb”.

Energetiklərin peşə bayramı münasibətilə “Azərişıq" ASC-nin çoxsaylı kollektivini təbrik edən Ə.Amaşov elektrik enerji təsərrüfatının Azərbaycanın dinamik inkişafı ilə uzlaşdığını, bu sahədə mühüm layihələrin həyata keçirildiyini dıqqətə çatdırıb. O əldə olunan uğurlarda ASC-nin əməkdaşlarının gərgin əməyini və peşəkarlığını xüsusi vurğulayıb.

Müsabiqədə və tədbirdə fəal iştirak edən media nümayəndələrinə minnətdarlığını bildirən V.Əhmədov belə tədbirlərin qarşılıqlı əlaqələrin genişləndirilməsi və aparılan islahatlar barədə ictimaiyyətin ətraflı məlumatlandırılması baxımından əhəmiyyətli olduğunu deyib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Qeyd edək ki, təltif olunanlar arasında AZƏRTAC-ın müxbiri də var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı