DÜNYA


KİV: Braziliya təyyarəsi yanacaq çatışmazlığı səbəbindən qəzaya uğrayıb

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Braziliyanın “Şapekoense” klubu futbolçularını Kolumbiyaya aparan təyyarənin qəzaya uğramasına səbəb yanacağın qurtarması olub.

AZƏRTAC xəbər verir ki, BBC-nin məlumatına görə, Kolumbiyanın “Karakol” radio şəbəkəsi təyyarənin pilotunun Medelin aeroportunun dispetçer xidməti ilə danışıqlarının səs yazısını əldə edib. Pilot yanacaqla bağlı problem yarandığını bildirərək növbədənkənar eniş üçün icazə istəyib. Dispetçerlə növbəti kontakt zamanı pilot elektrik avadanlığının sıradan çıxdığı, yanacağın tam qurtardığı barədə məlumat verib və təyyarədə fövqəladə vəziyyət rejimi elan olunduğunu bildirib. Qəzaya az qalmış isə pilot deyib ki, təyyarə 2743 metr yüksəklikdə uçur.

Təyyarə dağın yamacına çırpılarkən partlayış baş verməməsi də yanacağın qurtarmasının təsdiqi ola bilər. Hazırda yanacaq çatışmazlığının səbəbi araşdırılır.

Xatırladaq ki, təyyarə Kolumbiyanın Medelin şəhərinə uçurdu. Burada yerli “Atletiko Nasional” və Brazilyanın “Şapekoense” klubları arasında Cənubi Amerika kubokunun final oyunu keçirilməli idi. Qəza nəticəsində “Şapekoense” 19 oyunçusunu itirib. Sağ qalmış iki futbolçunun vəziyyəti ağır, lakin sabitdir. Qapıçının isə bir ayağı amputasiya edilib. Qəzada, həmçinin 21 braziliyalı idman jurnalisti həlak olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.