DÜNYA


KİV: Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi barədə fərman hazırlayıb

Bakı, 27 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya əleyhinə sanksiyaların ləğvi üçün lazım olan sənədləri hazırlayıb. Bu barədə “Atlantic Council” analitik mərkəzinin əməkdaşı Fabris Potye özünün “Twitter” səhifəsində bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın “Politico” nəşrinin əməkdaşı Süzen Qlasser də Ağ evin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin ləğvinə hazırlıq görməsi barədə informasiyanı təsdiqləyib.

Xatırladaq ki, 2014-cü ildə Ukraynada yaranan vəziyyətlə əlaqədar Rusiya və Qərb arasında münasibətlər korlanıb. Avropa İttifaqı ölkələri, ABŞ və Kanada əvvəlcə fiziki şəxslərə qarşı fərdi sanksiyalar tətbiq etsə də, sonradan iqtisadiyyatın bütöv sahələrini əhatə edən sektoral məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Buna cavab olaraq Rusiya da sanksiyalara qoşulan ölkələrdən ərzaq məhsullarının idxalını məhdudlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.