DÜNYA


KİV: İraq ordusu Mosulda nəzarəti tam ələ keçirib

Bakı, 29 iyun, AZƏRTAC

İraqın Müdafiə Nazirliyi Mosul şəhərinin bütün rayonları üzərində nəzarəti ələ keçirdiyini bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İraqın terror əleyhinə idarəsinin döyüşçüləri və xüsusi təyinatlı dəstələr Mosulun mərkəzinə yerləşən və qruplaşma lideri Bağdadinin xəlifə elan olunduğu “ən-Nuri” məscidinin yerləşdiyi əraziyə yekun hücuma keçərək burada müdafiə olunan təxminən 200 İŞİD silahlısının müqavimətini qırmağa nail olub.

Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. 1,3 milyon əhalisi olan İraqın ən böyük 2-ci şəhəri 2 ildən artıq müddət ərzində İŞİD qruplaşmasının nəzarəti altında olub.

Son zamanlar ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni zamanda bir neçə güc strukturu Mosul şəhəri uğrunda hərbi əməliyyatlar aparırdı. Mosulun şərqindəki bəzi məhəllələrə daxil olan hökumət qüvvələri son zamanlar İŞİD-in güclü müqavimətinə baxmayaraq şəhərin böyük hissəsi üzərində nəzarətə yiyələnə bilmişdi.

Ölkənin bir hissəsini nəzarəti altına alan İŞİD qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət hələ də davam edir. Silahlıların hücumları və təxribatları nəticəsində hökumət qüvvələri xeyli itki verir.

2014-2015-ci illərdə İŞİD qruplaşması Ənbar əyalətinin böyük hissəsini ələ keçirməyə müvəffəq olsa da son zamanlar İraq ordusu bir çox rayonu nəzarətə götürə bilib. Hazırda əyalətin Suriya ilə sərhəddə yerləşən bəzi hissələri qruplaşmanın əlindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.