DÜNYA


KİV-in ABŞ və Rusiya liderlərinin görüşü ətrafında ajiotajı

Bakı, 7 iyul, AZƏRTAC

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin onların Hamburqda G20 sammiti çərçivəsində keçirilən ikitərəfli danışıqları ətrafında yaranan güclü ajiotaja baxmayaraq, görüş zamanı jurnalistlərin suallarını cavablandırmamağı üstün tutublar.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçıları danışıqlar üçün ayrılan otağa keçdikdən sonra jurnalistlər ora dəvət olunub. Bu zaman liderlər artıq kreslolarda öz yerlərini tutmuşdular və xarici siyasət idarələrinin rəhbərləri də onların yanında əyləşmişdilər.

Otuzdan çox jurnalist bir andaca otağı doldurub. Əvvəlcə Tramp, sonra isə Putin bir neçə kəlmə söyləyərək, bu cür birbaşa dialoqun vacibliyini bildiriblər. Qısa bəyanatlar verən liderlər bununla da görüşün mətbuat üçün açıq hissəsinin başa çatdığına işarə ediblər.

Jurnalistlər isə bir-birilərinə macal vermədən öz suallarını səsləndirməyə başlayıblar. Tramp və Putin suallara məhəl qoymadan, öz aralarında astaca danışmaqda davam ediblər. Prezidentlər yenidən əl sıxmaq xahişinə də reaksiya verməyiblər.

KİV nümayəndələrinin bu vurnuxması həm prezidentlərdə, həm də nazirlərdə təbəssüm doğurub. Bundan sonra jurnalistlər otaqdan çıxıb və görüş qapalı şəraitdə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.