Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

KİV nümayəndələri üçün Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti ilə bağlı kurslar başa çatıb VİDEO

Bakı, 19 iyun, Əsəd Məmmədov, AZƏRTAC

İyunun 19-da “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətlı elmi maarifləndirmə və təbliğat kursları başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzində iyunun 13-dən keçirilən kursların son günündə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elçin Əhmədovun “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə qeyd edilib ki, çar Rusiyasının hakimiyyəti dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi nəticəsində burada demoqrafik vəziyyət bilərəkdən dəyişdirildi. Bu prosesin iştirakçılarından olan N.İ.Şavrov yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və onlar bizim tərəfimizdən köçürülüblər”. E.Əhmədov vurğulayıb ki, sonradan ermənilər müxtəlif dövrlərdə ərazi iddialarını etnik təmizləmə və soyqırımı vasitəsilə reallaşdırmağa çalışıblar. 1923-cü il iyul ayının 7-də sovet Rusiyasının himayədarlığı sayəsində Azərbaycanın inzibati ərazi bölgüsü kobud şəkildə pozuldu və Dağlıq Qarabağ Muxtar Vilayəti adı altında bir qurum yaradıldı. Bunun üçün Şuşanın bəzi kəndləri Xankəndinə verildi, həmçinin Hadrut, sonralar Əskəran rayonları yaradıldı.

Ermənilərin Azərbaycana qarşı dəfələrlə ərazi iddiaları ilə çıxış etdiyini diqqətə çatdıran Elçin Əhmədov deyib: “1967-1987-ci illərdə ermənilər bu iddiaları yenidən gündəmə gətirməyə çalışsalar da, o zaman hakimiyyətdə olan ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində bu fitnəkarlığın qarşısı alınırdı. Sonralar Heydər Əliyevin siyasi bürodan istefa verməsindən istifadə edən ermənilər dərhal bu məsələni yenidən qaldırdılar, kütləvi təbliğat işlərinə, mitinqlərə, yürüşlərə başlanıldı. Qısa müddət ərzində Ermənistandan azərbaycanlıların deportasiyası həyata keçirildi. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağın xalq deputatları soveti Dağlıq Qarabağın ayrılması haqqında qərar qəbul etdi. O vaxtlar SSRİ rəhbərliyinin bu məsələyə laqeydliyi və ermənilərə himayədarlığı sayəsində proses daha da genişləndi. Ermənilər iddia edirdilər ki, guya Dağlıq Qarabağ iqtisadi cəhətdən geri qalır. Halbuki sovet dövründə Dağlıq Qarabağın əhalisinin yaşayış səviyyəsi Azərbaycanın digər bölgələrində, Ermənistanda, həmçinin SSRİ-nin digər muxtar vilayətlərində məskunlaşan əhalidən üstün idi. Bu fakt “İzvestiya” qəzetinin 25 mart 1988-ci il tarixli nömrəsində dərc olunmuş SSRİ Nazirlər Sovetinin cədvəlində açıq aydın əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda pedaqoji universiteti, texnikumları, 200-dən çox orta məktəbləri, teatrları, televiziyası, radiosu, qəzeti var idi”.

“Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri mühazirəsində münaqişənin gedişatı, ermənilərin terror, etnik təmizləmə siyasəti, qabaqcadan planlaşdırdıqları Sumqayıt hadisələri barədə ətraflı bəhs edib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzusunda mühazirəsi dinlənilib.

Əli Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin etnik təmizləmə, soyqırımı siyasəti ilə bağlı imzaladığı Sərəncamda ermənilərin 200 ildən çox bir dövrdə azərbaycanlılara qarşı həyata keçirdiyi bu siyasətin əsas məqamları, o cümlədən Azərbaycan xalqının bu hadisələri öyrənməsi, dünya ictimaiyyətinə çatdırılması və azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi kimi məsələlər əksini tapıb. “Ümumiyyətlə tariximizə nəzər salsaq 31 mart - Azərbaycanlıların Soyqırımı, Xocalı soyqırımı, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köçürülməsi, Rusiya-İran, Rusiya-Türkiyə müharibələri fonunda ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa, Naxçıvana, Zəngəzura köçürülməsi, ermənilərin məskunlaşandan sonra Azərbaycan torpaqlarına göz dikməsi, bu ərazilərdə Ermənistan dövlətini yaratmaq siyasəti, bütün bunların zaman-zaman qanlı səhifələrə rəvac verən hadisələrlə müşayiət edilməsi kimi həqiqətlərin şahidi olarıq. Əlbəttə, erməni faktoru böyük imperiyaların əlində hər zaman bir siyasi alət, silah olub. Bu imperiyalar həmin silahdan zaman-zaman öz siyasətlərini reallaşdırmaq, geosiyasi məqsədlərinə çatmaq üçün istifadə ediblər. Amma çox təəssüf ki, bu siyasət və onun acı nəticələri əsasən Azərbaycan xalqına fəlakətlər gətirib. Bu fonda bilirsiniz ki, on minlərlə, hətta bəzi hadisələrdə yüz minə qədər azərbaycanlı etnik təmizləmə və soyqırımına məruz qalıb,- deyə Prezidentin köməkçisi vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud vəziyyət barədə danışan Əli Həsənov bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın haqq səsi, ədalətli mövqeyi artıq bütün dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dövlətimiz ötən müddətdə, xüsusən son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, hücum diplomatiyasını həyata keçirib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən dörd qətnamənin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, Ermənistan qoşunlarının geri çəkilməsi, dinc əhalinin doğma torpaqlarına geri qaytarılması ilə bağlı tələblər irəli sürülür. Bu qətnamələr beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində bu məsələyə dəfələrlə baxılıb. Münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyi beynəlxalq arenada dəstəklənir. “İlk növbədə, İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istəyirəm, bu təşkilat bütün sammitlərində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Qoşulmama hərəkatı da birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, ATƏT, Avropa Parlamenti, həmçinin tərəfdaşlıq etdiyimiz NATO kimi qurumların əksəriyyəti bu işğal faktını tanıyıblar. Lakin təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı bir vəziyyətində Ermənistana bu torpaqlardan geri çəkilməsi üçün ciddi şəkildə təzyiq göstərilmir”, - deyə Əli Həsənov vurğulayıb.

Azərbaycanın dostlarının əksəriyyəti bu məsələdə birmənalı mövqe nümayiş etdirirlər. Bu barədə danışan professor Ermənistanı tanımayan, onunla diplomatik münasibətlər qurmayan dostlarımız sırasında Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin adını çəkib. Qeyd edib ki, dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ-ın 20-dək ştatı Xocalı soyqırımını tanıyıb.

Ermənistanın işğalçılıq siyasətinin onu regionda Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bütün qlobal layihələrdən kənarda qoyduğunu xatırladan Prezidentin köməkçisi deyib: “Yalnız torpaqlarımız işğaldan azad olunandan, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtdıqdan, bölgədə tam sülh, sabitlik yaranandan sonra biz Ermənistan ilə münasibətlərimizi lazım olan səviyyədə davam etdirə bilərik. Hazırda bölgədə Azərbaycanın Ermənistan istisna olmaqla, bütün ölkələrlə çox yaxşı münasibətləri var. Ölkəmiz onlarla çox yaxşı strateji və iqtisadi tərəfdaşlıq münasibətləri qurub. Azərbaycan bu tərəfdaşlıq münasibətlərindən bəhrələnərək daha da güclənir”.

Bu cür kursların keçirilməsinin önəmini qeyd edən Əli Həsənov bildirib ki, əsas məqsəd Azərbaycan mediasında çalışan jurnalistləri ermənilərin 200 ildən çox müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin bütün detalları ilə tanış etməkdir. O, kurslarda iştirak edən hər bir jurnalistin çalışdığı kütləvi informasiya vasitələrinin bu mövzu üzrə əsas aparıcı, həlledici mütəxəssisi olacaqlarına əminliyini ifadə edib.

Sonra dinləyicilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, kurslar çərçivəsində media nümayəndələri, həmçinin AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Yaqub Mahmudovun “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi Nazim Mustafanın “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)", AMEA Tarix İnstitutunun Azərbaycanın tarixi demoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru, professoru Kərim Şükürovun “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişməsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədovanın “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Toqidi-Rüstəmovanın “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı”, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985), Dövlət İdarəçilik Akademiyasının müəllimi, “Qarabağ Araşdırmalar Mərkəzi” İB-nin sədr müavini Səfiyə Möhbalıyevanın “Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində” mövzularında mühazirələrini dinləyiblər.

KİV nümayəndələri üçün Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti ilə bağlı kurslar başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”-in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transfromasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO