DÜNYA


KİV: terrorçular əl-Haram Məscidində partlayış törətməyi planlaşdırırmış

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 23-ü axşamı Səudiyyə Ərəbistanının Məkkə və Ciddə şəhərlərində zərərsizləşdirilən terrorçular qrupu əl-Haram Məscidinin həyətində dindarlar arasında partlayış törətməyi planlaşdırırmış.

AZƏRTAC “Əcil” informasiya portalın istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hazırlanan terror aktı barədə məlumatlı olub və bir neçə ay ərzində şübhəliləri izləyib.

Hadisə ilə əlaqədar saxlanılan 5 nəfərdən birinin qadın olduğu bildirilir. Onların hamısı Səudiyyə Ərəbistanı vətəndaşıdır. Hazırda həmin şəxslər müstəntiqlər tərəfindən dindirilir.

Əl-Haram məscidi müsəlman aləminin əsas ziyarətgahıdır. Kompleksin mərkəzində qara parça ilə örtülmüş kub şəkilli qranit tikili – Kəbə yerləşir. İslam dininə əsasən, onu tək olan Allaha ibadət etmək üçün İbrahim peyğəmbər inşa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.