DÜNYA
“KNOQ” mobil əlavəsinin yüklənməsi sayəsində uşaqların müalicəsinə təqribən 1800 avro vəsait toplanıb
Riqa, 6 mart, AZƏRTAC
2015-ci ilin fevralında Latviyada belə bir aksiya keçirilib: smartfonuna “KNOQ – fərdi bələdçi” mobil əlavəsini yüklə və mobil əlavəni hər dəfə yükləyəndə delfinoterapiyaya ehtiyacı olan uşaqların xeyrinə 0,50 avro ianə ver. Toplanan vəsait “Delfin doktor” layihəsi üçün Ziedot.lv-yə köçürüləcək. Məqsəd ən azı 3 uşağı Litvada və ya Belarusda delfin terapiyası kursu ilə təmin etməkdir.
“Ziedot.lv” təşkilatının rəhbəri Ruta Dimanta deyib: “Biz uşaqların delfin terapiyası almasını nəzərdə tutan təşəbbüsə görə “KNOQ”yə təşəkkür edirik. Müəssisə sübuta yetirib ki, o, təkcə yüksək səviyyəli xidmət göstərmir, həm də işlədiyi cəmiyyətə qayğı ilə yanaşır. Bu, daha bir məsuliyyətli sosial davranış nümunəsidir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]