İQTİSADİYYAT
KÖÇKÜNLƏR YENİ QƏSƏBƏYƏ KÖÇÜRÜLÜR
Respublika Prezidentinin “Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən Ağdamın Quzanlı, Xıdırıstan, Ayaqqərvənd kəndlərində, Elgi yaşayış məntəqəsində 500 ailəlik qəsəbələr salınır.
Quzanlı kəndində inşası başa çatdırılmış 100 ailəlik yeni qəsəbəyə məcburi köçkünlərin köçürülməsi üçün Bərdədəki “Ərəb-1” “Ərəb-3” çadır düşərgələrində püşkatma keçirilmişdir. İlk növbədə qəsəbəyə şəhid, əlil ailələri köçürüləcəkdir. Dövləitqaçqınkomun Ağdam və Bərdə İcra Hakimiyyəti nümayəndələrinin iştirak etdiyi püşkatmada qəsəbəyə köçürüləcək məcburi köçkün ailələri müəyyənləşdirilmişdir.