SİYASƏT
KONFEDERASİYANIN 2-Cİ QURULTAYI KEÇİRİLƏCƏKDİR
Fevralın 5-6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 2-ci qurultayı keçiriləcəkdir.
Konfederasiyanın təşkilat işləri və məlumat şöbəsindən AZƏRTAC-a bildirilmişdir ki, üzv təşkilatlardan qurultaya nümayəndələr seçilmişdir. Ali məclisə 80-dən çox xarici ölkənin və beynəlxalq həmkarlar qurumlarının nümayəndələri də dəvət edilmişlər. Onların arasında Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Azad Həmkarlar Təşkilatları Konfederasiyasının nümayəndələri də vardır. Avropanın, ərəb ölkələrinin və MDB-nin həmkarlar təşkilatları da qurultayda təmsil olunacaqlar.
Gündəliyə 1-ci qurultaydan sonrakı dövr ərzində görülmüş işlərin hesabatı, təftiş komissiyasının hesabatı və rəhbər orqanlara yeni seçkilərin keçirilməsi daxil edilmişdir.