RƏSMİ SƏNƏDLƏR
KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KİM DE ÇJUNA
Hörmətli cənab Prezident,
Pusan şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailə üzvlərinə və bütün Koreya Respublikası xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2002-ci il