MƏDƏNİYYƏT


KTO katolik televiziyasında Azərbaycana həsr olunan veriliş yayımlanıb VİDEO

A+ A

Paris, 22 sentyabr, AZƏRTAC

Fransanın KTO katolik televiziyasında “Dünya kilsələri” rubrikasında Azərbaycana həsr edilən veriliş yayımlanıb.

Verilişdə ölkəmizin coğrafi mövqeyi haqqında məlumat verən aparıcı Roma Papasının oktyabrda Azərbaycana gözlənilən səfərindən söz açır.

Verilişdə Lyon Katolik Universitetinin professoru Jozef Yaqub Papanın müsəlman ölkəsi olan Azərbaycana oktyabrın 2-də baş tutacaq səfərinin heç bir təəccüb doğurmadığını vurğulayır. O, ölkəmizin qədim tarixindən, onun dini baxımdan rəngarəngliyindən söz açır. Azərbaycanda kilsələrin bərpa olmasına dövlətin yardımını diqqətə çatdıraraq bunun xüsusi önəm kəsb etdiyini bildirir.

Verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur.

Roma katolik kilsəsinin ordinarisi, monsenyor Vladimir Feketenin fikirləri də yer alan verilişdə multikultural mərkəz olan Azərbaycanla Vatikan arasındakı münasibətlərdən bəhs olunur. Ölkədə dini azadlığın hökm sürdüyü diqqətə çatdırılır. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Vatikanda bərpa edilmiş katakombalardan danışılır.

Dünyəvi dövlət olan Azərbaycanın digər icmalara qarşı açıqlığı və bunun dünyada nadir hal olması diqqətə çatdırılır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.