Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX CABİR ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA

Əlahəzrət, 

Küveyt dövlətinin milli bayramı – Milli gün münasibətilə Sizi və bütün Küveyt xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da uğurla davam edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

16 fevral 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin