KXDR əsgəri quru sərhədi ilə Koreya Respublikası tərəfə keçib
Bakı, 21 dekabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası ordusunun əsgəri bu gün səhər 8:00 radələrində quru sərhədi ilə Koreya Respublikası tərəfə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Respublikası silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsi məlumat yayıb. Hazırda müvafiq qurumlar əsgərin Cənubi Koreyaya keçməsinin niyyətini araşdırır.
Qeyd edək ki, bir müddət əvvəl KXDR-dən olan başqa bir əsgər də sərhəd zonadan Koreya Respublikasına keçmişdi. Onun qarşı tərəfə keçdiyini görən KXDR sərhədçiləri əsgərə atəş açmışdılar. Bir neçə güllə yarası alan əsgər Koreya Respublikası tərəfə keçə bilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]