CƏMİYYƏT


Kaajani Universiteti “Mobillik” layihəsi çərçivəsində Turizm və Menecment Universiteti ilə əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

“Mobillik” layihəsi çərçivəsində Finlandiyanın Kaajani Universitetinin əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, universitet rektorunun səlahiyyətlərini icra edən Eldar Aslanovla görüşdə layihə çərçivəsində görülən işlər və perspektivlər barədə müzakirələr aparılıb.

E.Aslanov qonaqlara Azərbaycanın turizm potensialı, bu sahənin inkişafı istiqamətində aparılan işlər və mütəxəssis hazırlığı barədə məlumat verib, universitetin bu cür layihələrin icrasında maraqlı olduğunu deyib.

Görüşdə, həmçinin layihə çərçivəsində mobilliyə cəlb olunacaq müəllim və tələbələrin seçim prosesi, yerləşmə imkanları barədə fikir mübadiləsi aparılıb, ATMU-da tədrisin keyfiyyətinin inkişafı istiqamətində hazırlanan yeni layihələrdə əməkdaşlığın mümkünlüyü məsələsinə baxılıb.

Qeyd edək ki, “Mobillik” layihəsi Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.