DÜNYA


Kabil: Amerika universitetində girovlar azad olunub, yaraqlılar öldürülüb

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Kabildəki Amerika universitetinə silahlı hücum nəticəsində aralarında 7 tələbənin, 3 polisin və 3 mühafizəçinin olduğu 13 nəfər həyatını itirib, 40 nəfərdən çox inşan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, avqustun 24-də yaraqlılar universitet kompleksinin ərazisinə soxulublar. Hadisə zamanı yüzlərlə tələbə və bir neçə amerikalı müəllim girov götürülüb. Girovların azad olunması üçün aparılan əməliyyat bütün gecə davam edib və səhər saatlarında sona çatıb. Hücumda iştirak edən yaraqlıların hamısının öldürüldüyü bildirilir.

Hadisə ilə bağlı məsuliyyəti hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.