DÜNYA
Kabil şəhərində ABŞ səfirliyi yaxınlığında partlayış törədilib
Bakı, 15 avqust, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş verən partlayış nəticəsində 3 nəfər yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avqustun 15-də yerli vaxtla saat 09:00-da Əfqanıstan Ali Məhkəməsinin binasının və ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığında ölkənin Milli Müdafiə Nazirliyinə məxsus avtomobilə yerləşdirilən partlayıcı qurğu işə düşüb.
Şahidlərin sözlərinə görə, partlayış nəticəsində yaxınlıqda yerləşən bir neçə mağazaya zərər dəyib, yaşayış binalarının pəncərələri sınıb. Təhlükəsizlik qüvvələri insidentin baş verdiyi ərazini nəzarət altına alıb.
Hələ ki, ölkədə fəaliyyət göstərən qruplaşmaların heç biri hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]