DÜNYA


Kabildə 90 nəfərin həyatına son qoyan partlayışı İŞİD törədib

Bakı, 31 may, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabildə diplomatik korpusun yerləşdiyi məhəllədə törədilmiş partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

NATO-nun bu ölkədəki missiyası bəyan edib ki, minalanmış avtomobil bir sıra ölkələrin diplomatik missiyalarının yerləşdiyi “yaşıl zonanın” girişində partladılıb. “Əfqanıstan güc strukturları təmsilçilərinin sayıqlığı və igidliyi sayəsində minalanmış nəqliyyat vasitəsi “yaşıl zonaya” girə bilməyib”, - missiyanın TOLOnews telekanalında yayımlanan bəyanatında belə deyilir.

Xatırladaq ki, partlayış çərşənbə günü yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 08:00) Kabilin Vəzir Əkbər Xan məhəlləsində Almaniya, Yaponiya, İran, Hindistan, habelə digər xarici ölkə səfirliklərinin yaxınlığında törədilib. Polisin ilkin versiyasına əsasən, ərazidə minalanmış avtosistern partladılıb. Hadisə yerində 15 metr dərinliyi olan çuxur yaranıb.

Son məlumata görə, partlayış nəticəsində 90 nəfər həlak olub, 380 nəfər yaralanıb. Yaralıların bir çoxu ağır vəziyyətdə olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Partlayışdan zərər çəkənlər arasında səfirlik işçilərinin və KİV nümayəndələrinin də olduğuna dair xəbərlər yayılıb. Belə ki, BBC teleradio korporasiyasının və Əfqanıstanın Tolo TV kanalının əməkdaşlarının həlak olduqları, İran səfirinin, Yaponiya səfirliyinin iki əməkdaşının, Misir səfirliyinin gözətçisinin, AFR səfirliyinin xidmətçilərinin və jurnalistlərin yaralandıqları bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.