DÜNYA
Kabildə ikili partlayış nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabildə Müdafiə Nazirliyinin binasının yaxınlığında törədilən ikili partlayış nəticəsində həyatını itirənlərin sayı 41 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, partlayış nəticəsində, həmçinin 110 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, sentyabrın 5-də Kabildə yerləşən Müdafiə Nazirliyinin binasının yaxınlığında terrorçu kamikadzelər tərəfindən iki partlayış törədilib. Hadisə nəticəsində ölənlər arasında bir neçə yüksək vəzifəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti başçısının müavini Zaman Əhmədzai də var. Bir qədər sonra paytaxtda üçüncü partlayış baş verib. Bu hücumun hədəfi CARE humanitar təşkilatı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]