DÜNYA


Kabildə partlayış azı dörd polis əməkdaşının həyatına son qoyub

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Əfqanıstanın paytaxtında baş verən terror hücumunda ölkənin təhlükəsizlik qüvvələrinin azı dörd əməkdaşı həlak olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin binası qarşısında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində, həmçinin 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır. Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.