DÜNYA


Kabildə partlayış nəticəsində həlak olanların sayı 150 nəfəri keçib

Bakı, 6 iyun, AZƏRTAC

Mayın 31-də Əfqanıstanın paytaxtı Kabil şəhərinin mərkəzində törədilən partlayış nəticəsində həyatını itirən insanların sayı 150 nəfəri keçib.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Əşrəf Qəni məlumat verib.

Qeyd edək ki, mayın 31-i səhər saatlarında 1,5 ton partladıcı maddə yüklənmiş avtosistern paytaxtın diplomatik məhəlləsinin girişindəki nəzarət buraxılış məntəqəsinin qarşısında partladılıb. Partlayış dalğası 50-dən artıq avtomobili yararsız hala salıb, yaxınlıqdakı tikililər qismən və ya tamamilə dağılıb, bir sıra dövlətin diplomatik nümayəndələrinin binalarına zərər dəyib. Hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Bu dəhşətli terror aktından sonra Əfqanıstanda hökumət əleyhinə etirazlar baş qaldırıb. Nümayişçilər ölkə rəhbərliyini terror aktlarının qarşısını ala bilməməkdə təqsirləndirir, prezidentin, baş nazirin və güc strukturları rəhbərlərinin istefasını tələb edirlər.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirirlər. Həmçinin regionda İŞİD qruplaşmasının da fəallığı artır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.