Kabildə silahlıların otelə hücumu nəticəsində 35 nəfər ölüb və yaralanıb
Bakı, 20 yanvar, AZƏRTAC
Bu gün Əfqanıstanın paytaxtı Kabildə silahlılar Intercontinental Hotel mehmanxanasına hücum ediblər.
AZƏRTAC xəbər verir ki, yerli 1TV telekanalının yaydığı məlumata görə, hücum nəticəsində 35 nəfər ölüb və yaralanıb. Həlak olanların və zərər çəkənlərin dəqiq sayı məlum deyil. Müxtəlif məlumatlara əsasən, hücum üç və ya dörd terrorçu-kamikadze tərəfindən həyata keçirilib.
Əfqanıstan Daxili işlər Nazirliyinin nümayəndəsi Tolo telekanalına bildirib ki, hücum edənlərdən biri öldürülüb. Hazırda otel binasında azı üç terrorçu var. İkinci mərtəbədə yanğın başlayıb
Hadisə yerinə gələn güc strukturları ilə silahlılar arasında atışma davam edir. Otelin yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]