DÜNYA


Kabildə silsilə partlayışlar: 20 nəfər ölüb, 87 nəfər yaralanıb

Bakı, 3 iyun, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabildə dəfn mərasimində törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, daha 87 nəfər yaralanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, TOLO News telekanalının yaydığı məlumata görə, partlayış vaxtı dəfndə Baş Nazir Abdulla Abdulla və xarici işlər naziri Salahuddin Rabbani də iştirak edirdilər. Onların heç birinə xətər toxunmayıb.

Prezident Əşrəf Qəni Kabildə yeni terror hücumlarını pisləyərək xalqı birliyə çağırıb. Faciə bu gün şəhər qəbiristanlıqlarından birində cümə günü hökumət əleyhinə keçirilmiş nümayişdə həlak olan şəxsin dəfn mərasimi zamanı baş verib.

Xatırladaq ki, mayın 31-də Kabildə 100 insanın ölümü ilə nəticələnmiş terror aktı ilə bağlı etiraz aksiyası sonradan iğtişaşlara və polislə qarşıdurmaya çevrilmişdi. Mitinqdə iştirak edən mindən çox əfqanıstanlı ölkə rəhbərliyinin və güc strukturları başçılarının istefasını tələb etmiş, onları respublikada təhlükəsizliyi təmin edə bilməməkdə təqsirləndirmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.