DÜNYA


Kabildə terror aktı nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb

Bakı, 24 iyul, AZƏRTAC

Bu gün səhər saatlarında Kabildə terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb, çoxlu sayda yaralı var.

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi hökumət məmuruna istinadla məlumat yayıb.

Minalanmış avtomobil Kabilin rayonlarının birində, Əfqanıstan icraçı hakimiyyətinin başçısının ikinci müavini Məhəmməd Mohakikin evinin yaxınlığında partladılıb. Bir qədər əvvəl ölkənin Daxili İşlər Nazirliyi insident nəticəsində azı 24 nəfərin həlak olduğunu, 42 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirmişdi.

Pajvak agentliyinin məlumatına görə, partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında geniş ərazilərə yiyələnən yaraqlılar hazırda böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da fəallığı artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.