DÜNYA


Kabildəki terror aktından sonra Əfqanıstanda 11 yaraqlı edam ediləcək

Bakı, 1 iyun, AZƏRTAC

Əfqanıstan Prezidenti Əşrəf Qəni dünən Kabildə diplomatik korpusun yerləşdiyi məhəllədə törədilmiş partlayışdan sonra “Taliban” hərəkatı və “Hakkani şəbəkəsi” qruplaşması ilə bağlılığı olan 11 yaraqlı barədə ölüm hökmünün icrası barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu məlumatı TOLOnews telekanalı yayıb. Telekanalın məlumatına görə, Əfqanıstan liderinin imzaladığı qərar ekstremist təşkilatların əsas səhra komandirlərinə şamil edilir. Bununla belə, həmin siyahıda “Hakkani şəbəkəsi” qruplaşmasının yaradıcısı Calaluddin Hakkaninin oğlu və hazırkı başçısı Siracuddin Hakkaninin qardaşı Anas Hakkaninin adına rast gəlinmir.

Xatırladaq ki, çərşənbə günü səhər Kabilin Vəzir Əkbər Xan məhəlləsində, bir sıra ölkələrin diplomatik missiyalarının yerləşdiyi “yaşıl zonanın” girişində minalanmış avtomobil partladılıb. Əfqanıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, partlayış nəticəsində 90 nəfər həlak olub, 380 nəfər yaralanıb.

Partlayışdan zərər çəkənlər arasında səfirlik işçiləri və KİV nümayəndələri də var. Belə ki, BBC teleradio korporasiyasının və Əfqanıstanın Tolo TV kanalının əməkdaşlarının həlak olduqları, İran səfirinin, Yaponiya səfirliyinin iki əməkdaşının, Misir səfirliyinin gözətçisinin, AFR səfirliyinin xidmətçilərinin və jurnalistlərin yaralandıqları bildirilir.

Partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Lakin sonradan Əfqanıstan milli təhlükəsizlik xidməti terror aktının “Hakkani şəbəkəsi” qruplaşması tərəfindən planlaşdırıldığını bəyan edib. Bu qruplaşma Pakistanın Şimali Vəziristan rayonunda yerləşir və Əfqanıstanın hakimiyyət orqanları ilə mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.