MƏDƏNİYYƏT


“Kafkadan salam” nümayiş olunacaq

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivinin təqdimatında yazıçı-dramaturq Frans Kafkanın əsərləri əsasında hazırlanmış “Kafkadan salam” adlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 18-də nümayiş olunacaq səhnə əsəri Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun quruluşunda hazırlanıb.

Tamaşada əsas rolları aktyorlar Vidadi Həsənov, Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, Qasım Nağı və Hikmət Rəhimov ifa edəcək.

Səhnə əsərində Kafkanın “Hökm” novellasından və məktublarından istifadə olunub.

İnsan psixologiyası və mənəviyyatının ruh ilə əlaqələndirilməsi mövzusundan bəhs edən səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında səhnəyə qoyulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.