QAN YADDAŞI
“Kağız qəbir” filmi BDU-da nümayiş etdirilib
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş “Kağız qəbir” filminin təqdimatı keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, filmin ideya rəhbəri AYB-nin mətbuat xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi şair Xəyal Rza, ssenari müəllifi və rejissoru Elçin Arifoğludur. Tammetrajlı filmdə baş rolları aktyorlar Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.
Bəşəri ağrını, Xocalı soyqırımını əks etdirən “Kağız qəbir” filmi Türkiyədə də ictimaiyyətə təqdim olunacaq.