DÜNYA
Kağızdan və bakteriyalardan batareya hazırlanıb
Bakı, 30 dekabr, AZƏRTAC
Alimlər kağız üzərindəki xüsusi bakteriyalar hesabına işləyən və qatlanan batareya hazırlayıblar.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, batareyanın hazırlanması üçün dünyanın istənilən yerində əldə edilə bilən sadə elementlərdən istifadə olunub. Belə ki, alimlər kağız üzərinə üstü mum qatı ilə örtülmüş gümüş nitrat çəkərək bu uğura nail olublar.
Bakteriyalardan ibarət olan maye batareyanın digər tərəfində yerləşən keçirici polimerdən hazırlanmış kiçik anbara tökülür. Batareya qatlandıqda səthlərin təması zamanı yaranan bakteriyaların metabolizmi sayəsində o fəallaşır. Batareyanın qüvvəsi isə təmasa girən qatların sayından asılıdır.
İstehsalçıların sözlərinə görə, böyük qüvvəyə malik olmayan batareyalardan əldə edilən enerji diabet xəstələrin qanında qlükozanın səviyyəsini ölçən biosensor və digər az enerji sərf edən tibbi cihazlardan istifadəni mümkünləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]