DÜNYA


“Kale cəngəlliyi”nin təmizlənməsi əməliyyatı başlayıb

A+ A

Paris, 24 oktyabr, AZƏRTAC

Fransa polisi oktyabrın 24-də səhər saatlarından etibarən ölkənin şimalındakı Kale şəhərində miqrantların məskunlaşdığı “cəngəllik” adlandırılan yerdə təmizləmə əməliyyatına başlayıb. Çadırlarda məskunlaşan 5 mindən çox miqrantın köçürüləcəyi bildirilir. Hökumət bu əməliyyatı “humanitar addım” adlandırır.

Miqrantların etiraz etdikləri bu əməliyyata 1250 polis cəlb olunub.

Bildirilir ki, Əfqanıstandan, Sudandan və Eritreyadan gələn miqrantlar bu “cəngəllikdən” əsasən Böyük Britaniyaya gizli yollarla getmək üçün istifadə edirlər. “Cəngəlliyin” təmizlənməsi bir neçə gün davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.