DÜNYA


Kale şəhərindəki mühacir düşərgəsinin sökülməsinə başlanılıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Fransanın şərqində yerləşən Kale şəhərində fəhlələr polisin mühafizəsi altında mühacir düşərgəsini sökməyə başlayıblar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, səhər saatlarında könüllülər düşərgədə mühacirlərin tərk etdiyi tikililəri yoxlayıb. Bundan sonra taxtadan hazırlanmış sığınacaqların sökülməsinə başlanılıb.

Fransanın daxili işlər naziri Bernar Kaznevin sözlərinə görə, Kale şəhərində yerli sakinlərin tələbi ilə sökülən düşərgədən 2,3 min mühacir köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.