DÜNYA


Kaliforniyada atışma nəticəsində 8 nəfər yaralanıb

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatındakı Oklend şəhərində atışma nəticəsində 8 nəfər yaralanıb. Bu barədə BNO News xəbər portalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə “Vinil” gecə klubunun qarşısında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaralılardan ikisi şübhəli şəxs qismində saxlanılıb. Yaralanan digər 6 nəfərin hamısı xəstəxanaya yerləşdirilib. Onların 4-ü qadın, 2-si kişidir.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.