DÜNYA


Kaliforniyada meşə yanğınları səbəbindən 4 min insan təxliyə olunub

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

ABŞ-da tüğyan edən güclü meşə yanğınları Kaliforniya ştatının şimalında yerləşən bir neçə yaşayış məntəqəsinin 4 min sakininin təxliyəsinə səbəb olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yanğınlar San-Fransisko şəhərinin şimalında yerləşən Louer Leyk şəhərciyinə çatıb. Burada 10-dan çox ev, həmçinin poçt bölməsi tamamilə yanıb.

Qonşu Klir-Leyk şəhəri də təhlükə ilə üzləşib. Bununla əlaqədar yerli xəstəxana administrasiyası təcili şəkildə pasientlərin təxliyə olunmasına qərar verib.

Xatırladaq ki, şənbə günündən başlayaraq sürətlə yayılan alov min hektardan çox ərazini əhatə edir. Bölgədə əsən güclü külək yanğınla mübarizəni çətinləşdirir. Hazırda ştat ərazisində hökm sürən şiddətli istilər və quraqlıq nəticəsində yaranmış 11 yanğın ocağı qeydə alınıb.

Bu rayonlar keçən il də 1,3 min evin məhv olması ilə nəticələnən güclü meşə yanğınlarından zərər çəkmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.